Use APKPure App
Get İnsan Quranda old version APK for Android
मानव haqqinda Quraani Kərimdə में
İnsan Quranda
1. İnsan Allah-taalanın yer üzərindəki xəlifəsidir.
([Ya Məhəmməd!] Sənin Rəbbin mələklərə: «Mən yer üzündə bir xəlifə [canişin] yaradacağam», – dedikdə, mələklər: «Biz Sənə şükr etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən yer üzündə fəsad törədəcək və qan tökəcək bir kəsimi yaratmaq istəyirsən?» – söylədilər. Allah [onlara]: «Mən bildiyim şeyi siz bilmirsiniz!» – buyurdu.) (Bəqərə-30).
([Ey insanlar!] Verdiyi nemətlərlə sınamaq üçün sizi yer üzünün varisləri təyin edən, dərəcələrə görə birinizi digərinizdən üstün edən Odur.) (Ənam-165).
2. İnsanın elmi tutumu məxluqatın malik ola biləcəyi tutumlardan daha üstündür.
([Allah Adəmi yaratdıqdan sonra] Adəmə bütün şeylərin adlarını (ismlərini) öyrətdi. Sonra onları [həmin şeyləri] mələklərə göstərərək: «İddianız doğrudursa, bunların adlarını mənə bildirin!» – dedi. Onlar: «Sən pak və müqəddəssən! [Bütün eyb və nöqsanlardan kənarsan!] Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. Hər şeyi bilən Sən, hikmət sahibi Sənsən» - dedilər. [Sonra] O: «Ey Adəm, bunların [kainatda mövcud olan əşyanın] adlarını onlara bildir!» -dedi. Adəm mələklərə bunların adlarını xəbər verdikdə, Allah: «Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin zahirə çıxardığınız, yaxud gizli saxladığınız işləri bilirəm, söyləmədimmi?» - buyurdu.) (Bəqərə-31-33).
3. O, Allahtanıma fitrətinə malikdir; İnsanın batinində Allahı dərk edən bir qüvvə [vicdan] vardır. Bütün inkar və tərəddüdlər, batini [mənəvi] çatışmazlıqlar insanın təbiətindən qaynaqlanır.
([Ey Peyğəmbərim!] Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən [gələcək] nəsillərini çıxardıb onları özlərinə [bir-birinə] şahid tutaraq: «Mən sizin Rəbbiniz deyiləmmi?» - soruşmuş, onlar da: «Bəli, Rəbbimizsən!» - deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) qiyamət günü: «Biz bundan qafil idik».) (Əraf-172).
([Ya Rəsulum!] Allah tərəfindən qarşısıalınmaz gün [qiyamət günü] gəlməmişdən əvvəl üzünü düzgün dinə [islama doğru] çevir. O gün insanlar [haqq-hesab çəkildikdən sonra] bölük-bölük [iki dəstə] olarlar. [Möminlər Cənnətə, günahkarlar isə Cəhənnəmə gedərlər]). (Rum-43)
Mürtəza Mütəhhəri ByGajiyev Dini Kitabxana İslam Kitabxanası
द्वारा डाली गई
Pëtīt Zõū
Android ज़रूरी है
Android 2.3.4+
श्रेणी
रिपोर्ट
Use APKPure App
Get İnsan Quranda old version APK for Android
Use APKPure App
Get İnsan Quranda old version APK for Android